Taksi sürücüsünü öldürən azərbaycanlı: «Hər şeyi düz etmişəm»

Gündəm 26 Dekabr 2014 23:30 Oxunub 2559
Taksi sürücüsünü öldürən azərbaycanlı: «Hər şeyi düz etmişəm»
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vüsal Məmmədovla rus sürücünü öldürdüyü üçün 14 il həbs cəzasını məhkum edilib

Rusiyanın Perm vilayət məhkəməsi qətl törətməkdə ittiham olunan 25 yaşlı Azərbaycan vətəndaşı Vüsal Məmmədovla bağlı məhkəmə qərarını elan edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, məhkəmə Məmmədovu “qəsdən adam öldürmə” və “odlu silah gəzdirmə” maddələri ilə təqsirli bilərək 14 il müddətinə azadlıqdan məhrum edib. Hökmdən sonra Vüsal Məmmədov “mən hər şeyi düz etmişəm, çünki inamımı qoruyurdum”,  –deyə hökmə münasibətini bildirib.  2013-cü il avqustun 13-də Perm şəhərinin Pionerskya küçəsində taksi sürücüsü Denis Rudakov və Vüsal Məmmədov arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı Vüsal Məmmədov Rudakova bir neçə dəfə odlu silahdan atəş açıb. Zərərçəkən xəstəxanaya çatdırılsa da, avqustun 18-də orada dünyasını dəyişib. Axtarışa verilən azərbaycanlı isə yalnız bu ilin yayında Perm vilayəti ərazisində həbs olunub.    

ŞƏRH YAZ
Ad

E-mail

Şərh