BNA yol infrastukturu ilə bağlı daha bir pilot layihə hazırlayıb - VİDEO

Avtosfer TV 24 Yanvar 2018 10:23 Oxunub 1063
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qurumun paytaxtın 189 və 190 nömrəli məktəblərinin ətrafında çatışmazlıqlar aşkar edib

Bakı Nəqliyyat Agentliyi Təhsil Nazirliyi ilə birgə 189 və 190 nömrəli orta məktəblərin ətrafında nəqliyyat şəraitinin öyrənilməsi, yol infrastrukturunun yaxşılaşdırılması və ən əsası piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə araşdırma aparıb və əldə edilən nəticələr əsasında pilot layihə hazırlayıb. Avtosfer.az Agentliyə istinadən xəbər verir ki, qeyd edilən ərazidə bir sıra nəqliyyat problemləri aşkar edilib ki, bu cür hallar piyadaların iştirakı ilə hər hansı yol nəqliyyat hadisəsinin baş verməsinə gətirib çıxara bilər. Aşkar edilən çatışmazlıqlara səkilərdə və yolun ikinci hərəkət zolağında qanunsuz parklanmalar, xəbərdarlıq nişanlarının zəruri sayda olmaması, fiziki imkanları məhdud olan insanlar üçün əlverişli şəraitin qənaətbəxş olmaması, uşaqların şəxsi nəqliyyat vasitələrinə mindirilməsi və düşürülməsi üçün xüsusi ərazilər ayrılmamaması, ətraf küçələrdə sürət həddinin nisbətən yüksək olması, məlumatverici nişanlar və məktəb ilə əlaqədar yol nişanlanmalarında çatışmazlıqlar daxildir. Məlum olub ki, qeyri-rasional yol istiqamətləri sürücüləri çaşdırır və çoxsaylı qayda pozuntusuna şərait yaradır.

Layihədə öz əksini tapan tədbirlərin həyata keçirilməsi qeyd edilən ərazidə yol hərəkəti şəraitinin yaxşılaşdırılmasına, piyadaların, xüsusilə də uşaqların təhlükəsizliyinin təmin edilməsinə köməklik göstərəcək.

Qeyd edək ki, 189 və190 nömrəli orta məktəblərin ətrafında piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol infrastrukturunda və yol hərəkətinin təşkilinə dair pilot təkliflər layihəsi Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi komissiyasında baxılaraq təsdiq edilib. Yaxın vaxtlarda BNA-nın koordinasiyası ilə nəzərdə tutulan dəyişikliklərin edilməsinə başlanılacaq.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh