«Xam» sürücü belə olur – BAKIDA QƏZA VİDEOSU

Avtoreyd 27 Dekabr 2014 11:11 Oxunub 3550
«Xam» sürücü belə olur – BAKIDA QƏZA VİDEOSU
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Başqasının yoluna çıxan sürücü nə sağa baxır, nə sola

Avtosfer.az saytı Bakıda baş vermiş yol qəzalarından daha birinin videosunu təqdim edir. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan qəzanın səbəbkarı göz qabağındadır. «VAZ-2104» markalı avtomobilin sürücüsü yolayrıcını keçmə qaydalarını kobud şəkildə pozur. Sürücü «BMW» markalı avtomobilin sürətlə yaxınlaşdığını gördüyü halda əvvədcə dayanmaq istəyir, sonra isə qəflətən onun yoluna çıxır. Bu azmış kimi, qəflətən yolun ortasında dayanır. Nəticədə güclü toqqüşma baş verir. «BMW»də təhlükəsizlik yastığı dərhal açıldığı üçün sürücü sağ-salamat yerə düşür. «VAZ»ın sürücüsü isə yüngül xəsarət alır. Üstəlik, bir neçə saniyədən sonra «VAZ»ın mühərrik yerində tüstüləmə başlayır.

Əziz sürücülər! Yolayrıcını keçərkən sağa və sola diqqətlə baxın! Yol nişanlarının və nişanlama xətlərinin tələblərinə riayət edin! Sırf bu qəzaya diqqət etdikdə belə qənaətə gəlmək olar ki, «VAZ»ın sürücüsü özünü itirdiyi üçün yolun ortasında dayandı. Yoxsa, keçib gedə bilərdi. Odur ki, sağa-sola baxarkən yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin sürətini nəzərə alın.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh