Bakıda sərnişin seli başladı - VİDEO

Gündəm 27 Dekabr 2014 23:51 Oxunub 1430
Bakıda sərnişin seli başladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ayın 28-29-na avtobus marşrutlarına bilet 10 gün qabaqdan satılıb

Bayramla əlaqədar paytaxtdan bölgələrə üz tutanların sayında artıq xeyli artım müşahidə olunur. Avtosfer.az-ın ANS-ə istinadən məlumatına görə, bayrama çox az qalıb. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar bir həftəlik qeyri iş günündən istifadə edən ölkə sakinləri istirahətə üz tuturlar. Buna görə də tətilin başlaması ilk növbədə sərnişindaşımada hiss olunur. Əslində nəqliyyat qurumları bütün istiqamətlərə biletləri 10 gün əvvəldən satışa çıxarır. Amma bileti almağı son günə saxlayan sərnişinlər də az olmadığından bayram günlərində kassalar qarşısında sıxlıq müşahidə edilir. Buna görə də Bakı Beynəlxalq Avtovağzalı bu sıxlıqdan üzü ağ çıxmaq üçün tədbirlər planı hazırlayıb.

Sabahdan etibarən Bakı Beynəlxalq Avtovağza İdarəsi gücləndirilmiş iş rejiminə keçir. Artıq indidən bura sərnişin axını var. Bu iş rejimi yanvarın 5-dək davam edəcək. Aparılan müşahidələr zamanı sərnişinlərin əsasən Gəncə istiqamətinə yollandığını gördük. Onlar bayramı, ailəsi yaxınları ilə birgə keçirməyə tələsirdilər. Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev sərnişin sıxlığının əsasən 28-29 dekabr müşahidə olunacağını, biletlərinsə 10 gün qabaqdan satıldığını bildirdi. Onu da əlavə etdi ki, bayam günlərində süni qiymət artımına yol verənlər cəzalandırılacaq. Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev bildirib ki, qiymətlərə nəzarət üçünü MMC-nin nəznində 8 nəfərdən ibarət qiymət komissiyası fəaliyyət göstərir: “Yaradılan nəzarət komissiyası qiymətlərə nəzarəti həyata keçirəcək. Bayram günlərində, yənin sərnişin sıxlığı olacağı günlərdə kənardan dəvət etdiyimiz nəqliyyat vasitəsinin sürücüsü bizlə qiymətdə razılaşmadıqda həmi sürücüsü dərhal xəttdən kənarlaşdırılacaq”. 

Növbə rəisinin sözlərinə görə, əgər adi günlərdə xəttə 300-320 avtobus buraxılırdısa, əhalinin tələbatını ödmək üçün bayram günlərində onların sayı 700-ə çatdırılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh