Mərhumu dəfn maşını ilə birgə oğurladılar

Maraqlı 30 Dekabr 2014 11:44 Oxunub 1813
Mərhumu dəfn maşını ilə birgə oğurladılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oğruya qarşı cinayət işi açılıb

Los Anceles şəhərində baş verən dəfn mərasimində qəribə oğurluq hadisəsi baş verib. 19 yaşlı Cin Li Ridanın tabutunun yerləşdiyi dəfn maşını tabutla birlikdə bir oğru tərəfindən qaçırılıb. Avtomobilin itməsindən xəbər tutan keşiş dərhal bu barədə polisə xəbər verib. Mərhumun ailəsi də dəfn maşınını oğurlayanı şəxsən yaxalayıb. Oğruya qarşı cinayət işi açılıb. Bundan başqa, onun psixiatrik ekspertizadan keçirilməsi də nəzərdə tutulub. Keşişin həyat yoldaşı isə deyib ki, bu, kilsənin 75 illik tarixi boyunca baş vermiş ilk belə hadisədir. Noyabrın sonunda buna bənzər hal Avstraliya şəhəri olan Uenvort Folsda baş verib. (musavat.com)

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh