Nəqliyyat problemlərinin həlli üçün təkliflər hazırlanıb

Avtoxəbər 30 Dekabr 2014 16:26 Oxunub 1446
Nəqliyyat problemlərinin həlli üçün təkliflər hazırlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2014-cü ildə görülmüş işlər barədə hesabatını açıqlayıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) 2014-cü ildə görülmüş işlər barədə hesabatını açıqlayıb. Mərkəzdən verilən məlumata görə, 2014-cü ildə qurum tərəfindən nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyatın hərəkəti barədə məlumatların nəqliyyat istifadəçilərinə çatdırılması, aidiyyəti dövlət qurumları ilə birlikdə nəqliyyatın vəziyyəti ilə bağlı problemlərin müzakirəsi və həll edilməsi istiqamətində müəyyən işlər görülüb. Sistemin stabil işləməsi məqsədilə, aidiyyəti qurumlara NİİM tərəfindən il ərzində mütəmadi olaraq müraciət məktubları hazırlanıb göndərilib. Şəhər sərnişindaşımaları sahəsində xidmət keyfiyyətini yüksəltmək, şəhərdə nəqliyyat tıxaclarının və digər nəqliyyat problemlərinin aradan qaldırılması məqsədilə Mərkəz tərəfindən bir sıra təkliflər işlənib hazırlanıb və baxılması üçün aidiyyəti qurumlara (Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, “BSN” MMC, “Azəryolservis” ASC və s.) təqdim edilib.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh