Bakıda polisi maşın vurdu: ölən var

Avtoxəbər 31 Dekabr 2014 13:54 Oxunub 2039
Bakıda polisi maşın vurdu: ölən var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəxsiyyəti gizlədilən sürücü gecə iki piyadanı vurub

Bakıının Sabunçu rayonunda iki piyadanın vururlması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı “Toyota” markalı maşının sürücüsü Sabunçu dairəsindən üzü Zabrata doğru hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Yaralanan piyadalar 25 yaşlı Cəfərov Süleyman Bayram oğlu və 20 yaşlı Rəhimov Elşad Savalan oğlu ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Yaralı piyadalardan Elşad Rəhimovun xəsarətləri ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanya aparılan zaman yolda dünyasını dəyişib. Hadisə ilə bağlı Sabunçu rayon polis idarəsinin əməkdaşları qəza baş verən ünvanda araşdırma aparıblar. Sürücü saxlanılaraq izahatının alınması üçün polis idarəsinə aparılıb. Qəzanı araşdıran Sabunçu rayon polis idarəsinin müstəntiqi Asəf Məmmədov piyadaları vuran sürücünün şəxsiyyətini media nümayəndələrindən gizlətməyə çalışıb. Müstəntiq qəza zamanı dünyasını dəyişən və xəsarət alan şəxslərin adlarını desə də, sürücünün kimliyini açıqlayanda yadına istintq sirri düşdü. O, istintaq sirri olduğunu bildirərək sürücünü qorumağa çalışdı və onun kimliyi barədə açıqlama vermədi. Qəza ilə bağlı Sabunçu rayon polis idarəsində başlanan araşdıramalar isə davam etdirilir. 

Qeyd edək ki, qəza zamanı yaralanan piyada Cəfərov Süleyman Bayram oğlu yol patrul xidmətinin əməkdaşıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh