Piyada zebraya çıxdı, maşınlar toqquşdu – Bakıda - VİDEO

Avtoreyd 1 Yanvar 2015 20:31 Oxunub 4168
Piyada zebraya çıxdı, maşınlar toqquşdu – Bakıda - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ara məsafəsi saxlamayan, yol nişanlarına əhəmiyyət verməyən sürücülər mütləq baxsın

Sükan arxasında olarkən qarşıdakı nəqliyyat vasitələri ilə ara məsafəsi saxlamayan, yol nişanlarına əhəmiyyət verməyən sürücülər bu videoya mütləq baxsın. Çünki çox maraqlı və gündəlik rast gəlinən bir mənzərənin şahidi olacaqlar…

Adətən Bakının yollarında sıxlıq müşahidə olunur və bu zaman ara məsafəsi saxlamaq unudulur. Səbəbi məlumdur; bir balaca ara məsafəsi saxlayan kimi kimsə sağdan-soldan özünü iki maşının arasına soxmağa çalışacaq və bu da əsəbləşməyə, hətta, əlbəyaxa davaya səbəb olacaq. Ən yaxşı halda bir-birlərini siqnal vasitəsilə söyüb gedəcəklər.

Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu yol-nəqliyyat hadisəsi «Gənclik» metrostansiyası yaxınlığında – Koroğlu Rəhimov küçəsində baş verib. Velosipedlə hərəkət edən piyada qaydalara tam əməl edərək yolu keçərkən velosipeddən düşür və yeriyerərək yolu keçir. Özü də zebra kimi tanıdığımız piyada keçidindən. İş o yerə çatır ki, piyada öz yolunu qorxa-qorxa gedir. Elə qorxmağa haqqı da varmış. Maşınlardan biri dayanıb piyadaya yol vermək istəyərkən arxadan başqa maşın onu vurur.

Artıq hər şey göz qabağındadır. İndi baxsınlar görək ara məsafəsi lazımdır, ya yox?

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh