Siqnal səsinə hirslənən fil avtomobilin üstünə çıxdı - FOTO

Avtoxəbər 2 Yanvar 2015 21:45 Oxunub 1447
Siqnal səsinə hirslənən fil avtomobilin üstünə çıxdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Taylandın Khao Yai Milli Parkında qeyri-adi hadisə yaşanıb

Taylandın Khao Yai Milli Parkında qeyri-adi hadisə yaşanıb. Avtosfer.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, parkda yola çıxan fil qarşıdan gələn avtomobilin siqnal səsinə qəzəblənərək onun üstünə çıxıb. Belə ki, sürücü filin yoldan tez keçməsi üçün 3-4 dəfə siqnal verib. Siqnal səsindən hirslənən fil maşının üstünə yeriyib. Qabaq ayaqları ilə avtomobilin üstünə çıxan fil daha sonra dişləri ilə ona zərbələr endirib. Hirsi yatan fil daha sonra yoluna davam edib. Avtomobil isə yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən sürücü vəziyyətdən xəsarətsiz ötüşə bilib. 

Park rəhbərliyi isə baş verən hadisədə sürücünü günahlandırıb. Parka gələn insanların heyvanlara hörmət göstərməyə çağırıb. Və parkda yerləşdirilən məlumatlandırma lövhəsində yazılanlara əməl etməyə səsləyib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh