Ambulans sözü niyə tərsinə yazılır – FOTOLARLA İZAH

Öyrənək 4 Yanvar 2015 08:08 Oxunub 7296
Ambulans sözü niyə tərsinə yazılır – FOTOLARLA İZAH
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Salondakı və yan güzgülərdən baxarkən sürücü tərsinə yazılmış «Ambulans» sözünü düz oxuyur

Bəzən neçə ilin sürücüsü də sual verir ki, təcili yardım maşınlarının qabaq tərəfinə «ambulans» sözü nəyə görə tərsinə yazılır. Avtosfer.az saytı məsələyə qısaca olaraq belə aydınlıq gətirir ki, təcili yardım maşınlarına «Ambulans» sözünün tərsinə yazılması dünyanın hər yerində geniş yayılmış bir təcrübədir. Burada başlıca məqsəd ondan ibarətdir ki, «ambulans» sözü tərsinə yazılırsa, qarşıda hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü avtomobilin salonundakı və yan güzgülərdən geriyə baxarkən tərsinə yazılmış «ambulans» sözünü düzgün oxuya bilir.

Müqayisə üçün fotoları təqdim edirik. Eyni avtomobilin fotroları həm adi qaydada, həm də güzgüdən çəkilib. Adi qaydada «ambulans» sözü tərsinədir. Güzgüdən çəkilən fotolarda isə «ambulans» sözü düzgün oxunur. Bu halda təcili yardım maşınının dövlət nömrə nişanı və digər yazılar tərsinə oxunur.

Bu yazının sürücülərə bu cür çatdırılmasının mənası odur ki, sürücülər təcili yardım maşını yaxınlaşdıqda yol versinlər. Lakin təəssüflər olsun ki, Azərbaycanda, xüsusən də, paytaxt Bakıda təcili yardıma yol vermək mədəniyyətinin aşağı səviyyədə olması hələ də ciddi problem olaraq qalır. Sürücülərimiz ya təcili yardım maşının qarşısında şütüyür, ya da qəza işıqlarını yandırıb təcili yardım maşınının arxasınca gedirlər.

İnzibati Xətalar Məcəlləsinə ötən ilin yayında edilən dəyişiklikdən sonra operativ nəqliyyat vasitələrinə, o cümlədən təcili yardım maşınına yol verməyən sürücülərin cəriməsi 60 manatdan 100 manata qaldırılıb. 

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

ferid 10 Noyabr 2014 22:55
cunku qabaqdaki masin anu guzguden oxuya bilsin