Bakıda ağır qəzadan möcüzəvi xilas olan 4 nəfərin - VİDEOsu

Avtoxəbər 5 Yanvar 2015 18:57 Oxunub 2609
Bakıda ağır qəzadan möcüzəvi xilas olan 4 nəfərin - VİDEOsu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürətlə hərəkət edən «Mersedes» 4 nəfərin arasından keçib maşınları çırpıldı

Bakıda möcüvə nəticəsində sağ qalan 4 nəfərlə bağlı videonu təqdim edirik. Bu videoda əsas diqqət çəkən məqam odur ki, yüksək sürətlə hərəkət edən «Mersedes» markalı avtomobil səkiyə çıxır və 4 nəfərin arasından keçərək səkidə dayanmış avtomobillərə çırpılır.

Həmin 4 nəfəri ölümdən ayıran bir neçə sm məsafə və ən əsası, Allahın iradəsi idi. Videodan bir daha aydın olur ki, bəzən qəzalar, ölümlər qaçılmaz olsa da, bəzən də «əcəli çatmamışdı» deyə, düşünməkdə haqlıyıq.

Qeyd edək ki, bu kadrlar Daxili İşlər Nazirliyinin (DİN) «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınıb. 

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh