Bakıda bu küçədə hər gün qəza baş verir - VİDEO

Avtoreyd 13 Yanvar 2015 10:00 Oxunub 2169
Bakıda bu küçədə hər gün qəza baş verir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ağ rəngli «Ford» sola dönərkən sağdan gələn «Mersedes»i gözləmədi

İzlədiyiniz bu qəza Bakının Nərimanov rayonu ərazisində qeydə alınıb. Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində bu cür qəzalar tez-tez baş verir. Səbəb isə odur ki, sürücülər yolayrıcını keçmə qaydalarına əməl etmirlər. Yəni, kim necə istəyir elə də sürür və axırda da bu cür maraqlı videolar yaranır.

Avtosfer.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu qəza görüntüsündən aydın olur ki, hadisəyə səbəb yolayrıcının keçmə qaydasının pozulmasıdır. Belə ki, ağ rəngli «Ford» markalı avtomobil Koroğlu Rəhimov küçəsi ilə hərəkət edərkən Həsən Əliyev küçəsi ilə kəsişmədə qəflətən sola dönməyə çalışır. Yəni, qarşıdan gələn avtomobili gözləmədən birbaşa onun yoluna çıxır. Bu anda «Mersedes»lə toqquşma baş verir və hər iki sürücü xəsarət alır. 

Əslində isə bu vəziyyətdə ağ rəngli avtomobil sola dönərkən sağdan gələn «Mersedes»i gözləməli idi.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh