Bakıda kişini qadının yanında maşın belə vurdu – ŞOK VİDEO

Avtoreyd 5 Yanvar 2015 03:12 Oxunub 3540
Bakıda kişini qadının yanında maşın belə vurdu – ŞOK VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərxoş halda avtobus dalınca qaçan piyada bir anda yerə sərildi, qadın qorxub qaçdı 

Bakıda yol qəzalarında ölüm hallarının yarıdan çoxunu- 51 faizini piyadavurmalar təşkil edir. Onun da bir çoxunda elə piyadalar günahkar olsalar da, bəzən sürücülər əziyyət çəkirlər. Amma bu videoya baxandan sonra kimin günahkar olduğunu aydınlaşdırmaq o qədər də çətin olmayacaq.

Avtosfer.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu qəza yeni olmasa da, günümüzün reallıqlarını əks etdirir. Sərxoş halda yola çıxıb qəzaya səbəb olan, ölən, yaralanan, sürücülərə heç nədən problem yaradan belə piyadalarla bağlı fakt axtararkən bu videonu unutmamaq lazımdır. Çünki elə bu kadrlarda da görürük ki, kişi sərxoşdur, qadının əlindən bərk-bərk tutub yolu keçir. O, avtobusa əl edir və sağa-sola baxmadan özünü yola atır. Qadın səkinin üstündə dayansa da, kişi özünü yola atır və bir anda sürətlə ona çırpılan avtomobil piyadanı bir neçə irəli tullayır. Piyadanın başı səkiyə dəyir və yerindən tərpənə bilmir. Bu mənzərəni görən qadın isə qorxub geri çəkilir.

Bu, çox dəhşətli bir mənzərədir. Amma reallıqları görmək lazımdır. Bu vəziyyətdə lap ayıq halda da yolu keçmək olmaz. Yol qaranlıq, sürət yüksək. Heç olmasa sağa-sola baxmaq yaxşı olardı…

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh