Qəzaların əksəriyyəti günün qaranlıq vaxtına düşür – SƏBƏB?

Gündəm 8 May 2014 00:20 Oxunub 2021
Qəzaların əksəriyyəti günün qaranlıq vaxtına düşür – SƏBƏB?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yollarımızda bir gündə baş verənlər; 3 ölü, 9 yaralı

Mayın 6-da respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Avtosfer.az saytına verilən məlumata görə, qəzalar nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb. Belə ki, mayın 6-da saat 17 radələrində Göygöl rayonu Üçtəpə kəndinin ərazisində Gəncə şəhər sakinləri Altun Hüseynovun idarə etdiyi “Ford” və İlyas Qurbanovun idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub. İlyas Qurbanov və sərnişinləri, Gəncə şəhər sakinləri Rahilə Qurbanova və Seymur Qurbanov xəstəxanaya yerləşdirilib, İ.Qurbanov orada ölüb.

Mayın 6-da saat 22 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Məmməd Əliyev idarə etdiyi “LF-7132” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini Vurğun Mustafayevi vurub. Xəstəxanaya yerləşdirilmiş V.Mustafayev orada ölüb.

Mayın 6-da saat 04 radələrində Sabirabad rayonu Qalağayın kəndinin ərazisində rayon sakini Nəsimi Abdullayev idarə etdiyi “VAZ-21015” markalı avtomobili kanala aşırıb və hadisə yerində ölüb.

Mayın 6-da saat 02 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsinin sakini Azad Yarışov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı dəmir hasara vurub və hadisə yerində ölüb.

Mayın 2-də Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində Bakı şəhər sakini Andrey Rəcəbov idarə etdiyi “İsuzu” markalı avtobusla velosiped sürən qəsəbə sakini Elçin Fərmanovu vurub. Xəstəxanaya yerləşdirilmiş E.Fərmanov mayın 6-da orada ölüb. Qeyd olunan faktlar üzrə araşdırma aparılır.

 

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh