Nizamidə bir gündə 3 piyadanı vurub qaçdılar

Gündəm 8 May 2014 00:40 Oxunub 2333
Nizamidə bir gündə 3 piyadanı vurub qaçdılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nizami RPİ tərəfindən hər iki faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır

Mayın 6-da saat 17 radələrində paytaxtın Nizami rayonu H.Əliyev prospektində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Elton Xəlilov vurulub. Piyada  xəstəxanaya yerləşdirilib. Mayın 6-da saat 23 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri Zemfira Məmmədova və İsmayıl Məmişov vurulublar. Z.Məmmədova və İ.Məmişov xəstəxanaya yerləşdiriliblər. Nizami RPİ tərəfindən hər iki faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh