İt minlərlə kilometr yolu buna görə getdi - VİDEO

Maraqlı 5 Yanvar 2015 16:41 Oxunub 1897
İt minlərlə kilometr yolu buna görə getdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Penni 3862 km məsafə qət edərək Pensilvaniyadakı evlərinə dönüb

Sahiblərindən ayrı düşən it ölkəni bir ucundan o biri ucunadək uzaq yol qət edərək, evinə geri dönüb. ABŞ-da Penni adlı bir itin minlərlə km aralıdakı evlərini tapması ölkədə hər kəsin marağına səbəb olub. Avtosfer.az atvxəbər.az-a istinadən xəbər verir ki, sahibləri Pennini ABŞ-ın sakit okean sahillərindəki Takoma şəhərində, veterinar mərkəzinə təhvil vermişdi. O, ömrünün son aylarını burda keçirməli, baytarların nəzarəti altında qalmalıydı. Amma həmin mərkəzdən qaçan it nə az, nə çox 3862 km məsafə qət edərək Pensilvaniyadakı evlərinə dönüb. İtin bu qədər uzaq məsafədən evlərini  necə gəlib tapdığı isə qaranlıq olaraq qalır. Onun harda olduğu, hara getdiyi isə üzərindəki mikro-çipdən, GPS ötürücüsündən izlənilib. Bununla belə, sadiq köpək   yenidən baytar nəzarətinə götürülüb. Amma sahiblərindən kənarda qalmayacaq.  Hələlik ölkədə xəbər başlığına çevrilən Penni, sosial mediyada da amerikalılar arasında geniş müzakirələrə səbəb olub. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh