Yol polisi uşaq bağçalarında təbliğat aparır - FOTO

Öyrənək 16 Mart 2018 00:18 Oxunub 4549
Yol polisi uşaq bağçalarında təbliğat aparır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar bizim gələcəyimizdir

Şəkidə Dövlət Yol Polisi Bölməsi uşaq bağçalarında maarifləndirmə tədbirlərini davam etdirir. Avtosfer.az xəbər verir ki, növbəti tədbir 4 saylı uşaq bağçasında keçirilib. Tədbirdə çıxış edən DYPB-nin əməkdaşı Tural Niftalıyev bu cür maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsədin azyaşlılar arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək,onları yol qəzalarından qorumaq olduğunu bildirib.O, əyani vasitələrdən istifadə etməklə uşaqlara küçə, yol, səki, avtomobil , piyada keçidləri və digər anlayışlar barədə ətraflı məlumat verib. T.Niftalıyev eyni zamanda həm müəllimlər , həm də valideynlər arasında maarifləndirici tədbirlərin təşkilinin uşaqların yollarda arzuolunmaz hadisələrlə üzləşməsinin qarşısını alan əsas amillərdən olduğunu vurğulayıb. Daha sonra uşaqlar yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid şeirlər səsləndirib, mahnılar ifa ediblər.

 

Mahir Məsimov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh