Stiv Cobsun 120 milyon dollarlıq yaxtası- FOTO

Maraqlı 6 Yanvar 2015 13:17 Oxunub 1977
Stiv Cobsun 120 milyon dollarlıq yaxtası- FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Venus" adlı superyaxtası Karib hövzəsindədir

Apple korporasiyasının mərhum banisi Stiv Cobsun 120 milyon dollarlıq "Venus" adlı superyaxtası Karib hövzəsindədir. Yaxta Britaniya Vircin adalarına daxil olan Norman adasının sahilində paparassilərin kameralarına "hədəf" olub. Avtosfer.az abc-yə istinadən xəbər verir ki, Stiv Cobs 2012-ci ildə vəfat edəndən sonra onun yaxtası dul xanımı Loren Pauellə çatıb.

 

256 metr uzunluğu olan futuristik yaxtanın fotoları İnstagram-dakı "Cape Cod" profilində yayılıb. 2008-ci ildə istifadəyə verilmiş yaxtanı Stiv Cobs çox sevirdi. "Venus"un dizaynı əfsanəvi dizayner Filipp Starka məxsusdur.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh