Azərbaycanlı gənc avtomobil yığdı - VİDEO

Maraqlı 7 Yanvar 2015 22:45 Oxunub 2472
Azərbaycanlı gənc avtomobil yığdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
25 yaşlı Sübhan deyir ki: bu əl işi ona 18 min manata başa gəlib

Azərbaycanda gənc usta əməlli başlı bacarıq nümayiş etdirib. Dünyanın ən bahalı avtomobillərindən olan Ferrarinin bənzərini yaradan 25 yaşlı Sübhan bu uğura necə nail olmasını, gələcək planlarını əməkdaşımız bölüşüb. Yüksək sürətlə hərəkət edir, ətrafda qulaq batıran səs effekti yaradır. İlk baxışda insan özünü rally yarışlarının keçirildiyi meydanda hiss edir. Amma bura nə həmin meydandır, nə də avtomobil formula 1 yarışlarında gördüyümüz Ferrari. Hələ kiçik yaşlarından avtomobilə olan həvəsi Sübhanı cəmi 3 il ərzində belə avtomobil düzəltməyə həvəsləndirib. Maşını düzəltməyə hələ 2007-ci ildən başlamaq istəsə də maddi vəziyyəti  imkan vermədiyinə görə işə 2011-ci ildə start verib. 25 yaşlı avtomobil ustası deyir ki, bu əl işi ona 18 min manata başa gəlib. Avtomobillə bağlı isə Sübhanın xüsusi planları var. İndi o zəhmətinin bəhrəsini görməyi düşünür

Gələcək üçün də Sübhanın planları çoxdur. Hazırda o klassik avtomobillərin sərgisinə qatılmaq istəyir. Əsas istəyi isə yanacağa qənaət edən elektro car tipli avtomobil  düzəltməkdir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh