İngilislər ildə bir dəfə çimirmiş

Gündəm 8 May 2014 12:07 Oxunub 1563
İngilislər ildə bir dəfə çimirmiş
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avropanın "mədəni" ölkəsində çirkli suda bir ailənin çimməsinin tarixçəsi açıqlanıb

Ailem.az Avropanın İngiltərənin tarixindən, çimməklə bağlı çox qəribə və maraqlı faktları təqdim edir. 1500-cü illərdə İngiltərə sakinləri ildə bir dəfə - May ayında çimirdilər. May ayında çimdikləri üçün iyun ayında bir o qədər də pis iylənmirdilər və buna görə əsasən, iyun ayında evlənirdilər. Ancaq yenə də az da olsa pis qoxumağa başladıqları üçün gəlinlər əllərində bir buket çiçəklə, qoxularını ört-basdır etməyə çalışırdılar. 1500-cü illərdə İngiltərədə hamamlar içi isti suyla doldurulmuş böyük bir çəlləkdən ibarət idi. İngilis kişiləri təmiz suyla çimmək imtiyazına sahib idilər. Ondan sonra ailənin digər üzvləri kişinin çimib, kirini tökdüyü eyni suda çimməli olurdular. Hətta su o qədər kirli olurdu ki, içində nəsə itirmək belə olurdu. İndi də ingilis dilində çox işlədilən “Don't throw the baby out with the bathwater” (Hamam suyuyla birlikdə körpəni də atmayın) cümləsi 1500-cü illərin bu qəribə adətinə görə işlənir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh