Bakıda qanlı gecə: ölənlər var - YENİLƏNİB

Qəzalar 8 May 2014 12:08 Oxunub 1579
Bakıda qanlı gecə: ölənlər var - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Land Cruiser” və “VAZ 2107” toqquşub və sürücüsü hadisə yerindəcə keçinib

Mayın 8-nə keçən gecə Bakıda ağır yol qəzaları baş verib  Lent.az-ın məlumatına görə, Binəqədi rayonu ərazisində minik avtomobili piyadanı vurub öldürüb. Azadlıq prospektində “VAZ21015”markalı avtomobil 1951-ci il təvəllüdlü İbrahimov Ramazan Yusif oğlunu vurub. Piyada hadisə yerindəcə keçinib. Daha bir ağır qəza Nizami rayonu ərazisində, Babək prospektində baş verib. APA-nın məlumatına görə, qəza nəticəsində bir nəfər dünyasını dəyişib. Babək prospekti ilə yüksək sürətlə hərəkət edən 10 UF 288 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil 10 DE 602 dövlət nömrə nişanlı VAZ-21011 markalı avtomobilə arxadan çırpılıb. Toqquşmadan sonra "Mercedes" yol kənarındakı bardürlərə də dəyib və aşıb. Hadisə nəticəsində "Mercedes"in şəxsiyyəti hələ dəqiqləşdirilməyən sürücüsü dünyasını dəyişib. Gecə saatlarında Bakı-Quba yolunda da ağır qəza olub. Magistralın 20-ci kilometrliyində “Land Cruiser” və “VAZ2107”markalı iki avtomobil toqquşub və “VAZ”ın sürücüsü hadisə yerindəcə keçinib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh