Bakıda piyada ölümün bir addımlığında – VİDEO

Avtoreyd 8 Yanvar 2015 13:24 Oxunub 2611
Bakıda piyada ölümün bir addımlığında – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ehtiyatsızlıq, yoxsa intihara cəhd?

Bakının mərkəzində həyatından bezən daha bir piyadanın görüntüləri yayımlanıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, paytaxtın Neftçilər prospektində piyadanın avtomobillər üçün 6 zolaqlı yolu keçməsi hər kəsi dəhşətə salıb. Yayılan görüntülərdən piyadanın avtomobil yolunda sanki bulvarda və ya parkdakı kimi gəzdiyi görünür. Videoya baxanlar piyadanın bu addımını məsuliyyətsizlik kimi yox, intihara cəhd adlandırıblar.

Əlavə edək ki, ərazidə müasir yeraltı keçidin mövcud olmasına baxmayaraq, piyada özünün və sürücülərin həyatını təhlükəyə ataraq yolu “dədə-baba” qaydası ilə keçməyə üstünlük verib.

Qeyd edək ki, keçən il 132 754 nəfər vətəndaş piyada keçidindən istifadə etmədiyi üçün cərimələnib.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə əsasən piyada keçidindən istifadə etmədiyi üçün piyadalara 20 manat məbləğində cərimə tətbiq olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh