Sürücülərə yazılan cərimələr ləğv olunub? - SƏBƏBİ BU YAZIDA

Avtoxəbər 8 Yanvar 2015 15:01 Oxunub 10616
Sürücülərə yazılan cərimələr ləğv olunub? - SƏBƏBİ BU YAZIDA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cərimələrin silinməsi barədə şaiyələr yayılıb 

Son günlər bəzi sürücülər şaiyə yayır ki, onlara yazılmış və Dövlət Yol Polisinin sisteminə vurulmuş cərimələr birdən-birə silinib. Çoxları belə düşünür ki, guya bununla bağlı qərar verilib və cəriməsi olanların hamısı cərimədən azad edilib. Amma əslində, gəlin görək nə baş verir?

Avtosfer.az saytı bildirir ki, son günlər DYP-nin Mərkəzi İnformasiya Sistemində aparılan texniki işlərlə bağlı sürücülərin öz cərimələrini görə və ödəyə bilməməsi kimi hallar meydana gəlib. Amma kiminsə cəriməsinin sistemdə görünməməsi o demək deyil ki, həmin cərimələr ləğv olunub. Bunun səbəbi Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin yenidən qurulmasıdır (aparılan texniki işlərdir). Məlumata görə, hazırda həmin sistemintam yenilənməsi,  «ASAN ödəniş» sistemi ilə inteqrasiyası və başqa bu kimi işlər gedir. Ona görə də hərdən sistemdəki məlumatlar görümnəz olur. Amma cərimə silinməsi şayiədir. İşlər bitəndən sonra hər şey görünəcək.

Ümumiyyətlə isə Azərbaycan qanunvericiliyində inzibati xətalara görə tətbiq olunmuş tənbehlərin, o cümlədən pul cərimələrinin amnistiya və ya əfv (bağışlama) qaydasında götürülməsinin hüquqi mexanizmi mövcud deyil. Qəribəsi odur ki, cinayətə görə cəzalardan amnistiya və ya əfv qaydasında azad etmə var (hətta ən ağır cəza olan ömürlük həbsi də əfv qaydasında azaltmaq mümkündür). Amma imzibati cərimə üçün əfv və amnistiya nəzərdə tutulmur. 

Düzdür, Konstitusiyamız ümumi şəkildə bunun mümkünlüyünü inkar etmir, amma İnzibati Xətalar Məcəlləsi belə bir şeyi nəzərdə tutmur. Ona görə də şayiələrə uymayın və ödənilməmiş cərimələrinizi ödəməyə hazırlaşın.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

sadiq 10 Noyabr 2014 22:55
Məndə təklif edərdimki bukimi əff olsaydi əla olardi.