Bakıda «avtoş»dan qorxunc əməl; öz videosunu yaydı - VİDEO

Avtoreyd 9 Yanvar 2015 21:36 Oxunub 8170
Bakıda «avtoş»dan qorxunc əməl; öz videosunu yaydı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, yol polisinin qarşısında gülə-gülə yolun əks istiqamətində hərəkətinə davam edir

Sosial şəbəkələrdə sürücünün dəfələrlə qanunu pozması görüntüləri hər kəsi mat qoyub. Avtosfer.az oxu.az-a itinadən xəbər verir ki, şəxsiyyəti məlum olmayan sürücü Yasamal rayonu ərazisində yol hərəkəti qaydalarının bir neçə maddəsini pozub və bunu lentə alaraq internetdə yayıb. Yayılan görüntülərdə qanunsuz əməlləri ilə fəxr edən sürücü, avtomobili yolun əks istiqamətində idarə edir. Bundan başqa, sürücü manevr qaydalarını dəfələrlə pozmaqla, yol hərəkətinin digər iştirakçılarının həyatını təhlükəyə atır.

Videoda daha bir maraqlı məqam isə ondan ibarətdir ki, paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid küçəsinin kəsişməsində yol hərəkət qaydalarını pozan sürücünün qarşısına Dövlət Yol Polisi avtomobili çıxır, lakin bu, sürücünü zərrə qədər də narahat etmir və o, gülə-gülə yolun əks istiqamətində hərəkət etməyə davam edir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Ruslan 10 Noyabr 2014 22:55
Halal olsun qardawa ela surur kim nece bacarir halal olsun onsuzda qanun deyilem wey yoxdu