Azərbaycanda heç kim bu qədər "protiv" getməyib – “Kamaz” getdi - VİDEO

Avtoreyd 3 May 2018 23:34 Oxunub 4454
Azərbaycanda heç kim bu qədər "protiv" getməyib – “Kamaz” getdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qayda pozan sürücü qarşıdan gələn sürücülərə təhlükəli vəziyyət yaradıb

Bakı-Şamaxı yolunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan "Kamaz" markalı avtomobilin sürücüsünün görüntülərini digər avtomobildə əyləşən sərnişin qeydə alıb. Avtosfer.az xəbər verir ki, həmin yolda hərəkətdə olan 19-BD-716 qeydiyyat nişanlı "Kamaz"-ın sürücüsü yolun hərəkət hissəsinin mərkəzi ilə tam olaraq əks istiqamətə çıxaraq axına qarşı hərəkət edib. Videodan aydın şəkildə görünür ki, qayda pozan sürücü qarşıdan gələn sürücülərə təhlükəli vəziyyət yaradıb. Onlar həmin sürücüyə işıq siqnalı ilə xəbərdarlıq ediblər. Sürücünün bu hərəkəti konkret olaraq faciə ilə nəticələnə bilərdi.

Qeyd edək ki, "Kamaz" sürücüsünün bu hərəkəti digər avtomobildəki ərəb turistlər tərəfindən təəccüblə qarşılanıb.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Bedilxan 4 May 2018 13:29
Avtoş