Yük maşını magistral yolda belə təhlükə yaratdı - VİDEO

Avtoreyd 19 May 2018 22:08 Oxunub 1793
Yük maşını magistral yolda belə təhlükə yaratdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yük maşını saatda 140 kilometr sürətlə hərəkət edib

Yük avtomobili sürücülərinin yollarda təhlükə yaratması mütəmadi gündəmə gəlib. Avtosfer.az xəbər verir ki, bu günlərdə bir sürücü yük maşınını avtomobillərin sıx hərəkət etdiyi yolda saatda 140 kilometr sürətlə hərəkət etdirir. Üstəlik, həmin sürücü sərt döngələrdə təhlükəli manevrlər də edir. İndi həmin kadrları sizə təqdim edirik. 

Yük avtomobilinin sürücüsü sanki magistralda yox, yarış meydançasındadır. Yük maşınları üçün sürət saatda 70 km nəzərdə tutulsa da, bu yük maşını saatda 140 kilometr sürətlə hərəkət edir. Avtomobillərin sıx hərəkət etdiyi yolda sürücü elə həmin sürətlə ötmə və dönmə əməliyyatları edir. Həyəcan dolu kadrlar Ələt-Astara magistralında başqa bir sürücü tərəfindən çəkilib. Kadrlardan aydın olur ki, sözügedən avtomobilin dövlət qeydiyyat nişanı ''99-CJ-883''-dür.

Yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, sözügedən avtomobili idarə edən sürücü kobud qayda pozuntusuna yol verməklə yanaşı, həm də digər yol hərəkəti iştirakçılarının həyatını risqə atır. Ekspertin sözlərinə görə, sürücü yol polisi tərəfindən müəyyən edilərək cərimə edilməlidir.

Ekpert onu da bildirir ki, belə sürücülərin aşkarlanaraq cərimə edilməsi digərlərinin də nəticə çıxarmasına səbəb olacaq.

 

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh