Ana və azyaşlı oğlunu maşın vurdu

Qəzalar 10 May 2014 18:33 Oxunub 1643
Ana və azyaşlı oğlunu maşın vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onların vəziyyəti orta-ağır qiymətləndirilir

Gəncədə ana və oğlunu maşın vurub. Gəncə Şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Gəncə şəhər sakini, 22 yaşlı Vüqar Yusibov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə yolu keçmək istəyən Daşkəsən rayon sakini, 37 yaşlı Xavər Əsgərova və onun 6 yaşlı oğlu Əli Məmmədovu vurub. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən ana və oğlunun vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh