Maşında bu əşyalar oğruların diqqətini çəkir: DİQQƏT

Öyrənək 13 İyun 2018 16:56 Oxunub 4975
Maşında bu əşyalar oğruların diqqətini çəkir: DİQQƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquqşünas Ərşad Hüseynov sürücülərə iki çox sadə tövsiyə verib

Son vaxtlar avtomobillərdən oğurluq halları barədə məlumatlar gəlir. Belə oğrulardan qorunmaq üçün hüquqşünas Ərşad Hüseynov Avtosfer.az vasitəsilə sürücülərə iki çox sadə tövsiyə verib.

1. Avtomobilinizdə potensial oğrunun diqqətini çəkən heç nə saxlamayın. Oğurluğa meyilli adam bunu etməzdən əvvəl avtomobilə mütləq baxır. Ələ keçirilərək asan satıla və ya istifadə oluna biləcən dəyərli bir şey görsə, oğurluq etməyə çalışacaq. Ona görə də avtomobilinizdə çanta, diplomat, portfel və qiymətli görünə bilən və ya içərisində pul və ya qiymətli nəsə olması ehtimal edilən qutular, bağlamalar saxlamayın. Ən təhlükəlisi qadınların və ya kişilərin əl çantasıdır.

2. Avtomobilinizi imkan daxilində həmişə adam olan, yaxşı görünən, kameralarla nəzarət edilən, gecə vaxtı isə işıqlanan yerlərdə saxlayıb gedin. Təcrübə göstərir ki, kimsəsiz və nəzarətsiz yerdəki avtomobildə heç nə olmasa da, bəzən oğrular ona müdaxilə edib sadəcə axtarış edirlər...

Nəzərə alın ki, avtomobilinizə oğurluq məqsədilə müdaxilə sadəcə konkret pulunuzun, sənədinizin və ya başqa əşyanızın itməsi ilə nəticələnməyəcək. Bunu edən oğru həm də avtomobilə ziyan vuracaq (adətən şüşələri sındırırlar, qapını zorla açaraq yararsız edirlər və s.). Bəzən avtomobilə dəyən zərər oğuralanan əşyaların dəyərindən 10 qat artıq olur...

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh