Sürücülük vəsiqəsi olmayan sürücü: "Əcəb edirəm, adam öldürməmişəm ki" - VİDEO

Avtoreyd 22 İyun 2018 21:51 Oxunub 3766
Sürücülük vəsiqəsi olmayan sürücü: "Əcəb edirəm, adam öldürməmişəm ki" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kimisi də çıxış yolunu çəkiliş qrupuna hücum etməkdə görür

"Əcəb edirəm, adam öldürməmişəm ki". Avtosfer.az">Avtosfer.az bildirir ki, bu sözləri sürücülük hüququ olmadan avtomobil idarə edən sürücü deyib. Yol polisi əməkdaşlarının Ağsuda keçirdiyi reyddə başqa maraqlı anlar da yaşanıb. Avtomobilə quraşdırdığı avadanlığın qanunsuz olduğunu bilsə də, özünü təqsirli saymır.  Digəri sürücülük hüququ olmadan avtomobil idarə etməyinə belə haqq qazandırır. 

Kimisi də çıxış yolunu çəkiliş qrupuna hücum etməkdə görür. Görüntülər Yol Polisi əməkdaşlarının Ağsuda keçirdiyi reyddəndir. Reyd zamanı 40 yaxın sürücü barəsində inzibati protokol tərtib olunub, 7 nəqliyyat vasitəsi müvəqqəti dayanacağa aparılıb. Sürücülük vəsiqəsinin müddəti 2 il əvəl bitən bu sürücü nəqliyyat vasitəsini də 7 ildir ki, texniki baxışdan keçirmir. Səbəbini soruşduqda isə cavabı çəkiliş qrupuna hücum etmək oldu.

Reydlər davam etdiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh