Yük maşını yol kənarında duran piyadanı öldürdü

Qəzalar 11 May 2014 12:54 Oxunub 1622
Yük maşını yol kənarında duran piyadanı öldürdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə gecə saatlarında Bakı-Quba yolunun 98-ci kilometrliyində, Siyəzən rayonu ərazində baş verib

Siyəzən rayonunda yük avtomobili yol kənarında duran piyadanı vurub. ANS press-in məlumatına görə, hadisə gecə saatlarında Bakı-Quba yolunun 98-ci kilometrliyində, Rusiya ilə sərhəddə yaxın ərazidə baş verib. İmişli rayon sakini Elvin Mirzəyevin idarə etdiyi “Hova” markalı markalı yük maşını yoldan çıxaraq kənarda duran “Mersedes” markalı minik avtomobilinə dəyib. Daha sonra isə yük avtomobili yol kənarında dayanan rayon sakini Quliyev Səxavət Nazim oğlunu vurub. Qəza nəticəsində ağır bədən xərətləri alan piyada hadisə yerindəcə keçinib.  Hadisə baş verən əraziya rayon yol polis idarəsinin əməkdaşları gəliblər. Onların sözlərinə görə, Elvin Mirzəyevin gecə saatlarında yolu yaxşı görməməsi nəticəsində qəza baş verib. Hadisə ilə bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh