Heyvan yola çıxdı; avtomobil dərəyə yuvarlandı - Azərbaycanda

Qəzalar 11 May 2014 23:57 Oxunub 1673
Heyvan yola çıxdı; avtomobil dərəyə yuvarlandı - Azərbaycanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində sürücü xəsarət alıb

Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunda yol-qəza hadisəsi baş verib. ANS press-in məlumatına görə, sürücü 22 yaşlı Ramil Hüseynov "VAZ 2109" markalı avtomobillə Yuxarı Daşkəsən qəsəbəsi ərazisindən keçərkən qəflətən qarşısına iribuynuzlu heyvan çıxıb. Sürücünün idarəetməni itirməsilə avtomobil dərəyə yuvarlanıb. Dərəyə düşdükdən sonra sürücü avtomobili tərk etməyə çalışsa da xəsarətlər alıb. Hüseynov dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlər onu səhhətinin qənaətbəxş olduğunu deyirlər. Hazırdastasionarmüalicəsinindavametdiyibildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh