Yol polisi maşınları cərimə meydançasına salır - Səbəb

Öyrənək 26 İyul 2018 16:53 Oxunub 16300
Yol polisi maşınları cərimə meydançasına salır - Səbəb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hansı hallarda avtomobilin nömrəsi yararsız hesab olunur?

Son günlər Avtosfer.az-a bir neçə sürücü müraciət edərək yol polisi tərəfindən avtomobillərin "nömrəsinin yararsız olması" adı ilə cərimə meydançasına aparılması barədə məlumat veriblər. Bildiriblər ki, nömrənin ətrafı biraz əzik, cüzi problem olanda belə maşını cərimə meydançasına aparırlar. Bəs qanunda hansı hallarda nömrə yararsız hesab edilə bilər? Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən hüquqşünas Ərşad Hüseynov bildirib ki, bununla bağlı bir neçə hal mövcuddur. Belə ki, əgər avtomobilin dövlət nömtə nişanında hərif və rəqəmləri oxunmazsa, bayrağın rəngi pozularsa, “AZ” fərqlənmə nişanı oxunmazsa, həmçinin avtomobillərin eyniləşdirilməsini mümkünsüz edən başqa qüsurlar olarsa yol polisi avtomobili cərimə meydançasına apara bilər.

Ərşad Hüseynov onu da bildirib ki, dövlət qeydiyyat nişanında cüzi əziklər və cızıqlar avtomobilin cərimə meydançasına aparılması və ya cərimə tətbiq edilməsinə səbəb ola bilməz.

Qeyd edək ki, nömrənin yararsız olmasına görə 60 manat cərimə və 4 bal nəzərdə tutulur.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh