Bakıda üç piyadanı maşın vurdu, biri öldü – FOTOLAR

Qəzalar 12 May 2014 12:13 Oxunub 1873
Bakıda üç piyadanı maşın vurdu, biri öldü – FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər

Bakının Səbail rayonu ərazisində minik maşını üç piyadanı vurub. Hadisə Salyan şossesində baş verib. Yüksək sürətlə hərəkətdə olan 10 AS 509 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil yol kənarında dayanan piyadaları vurub. Nəticədə piyadalardan 1-i ölüb, 2-si isə Şəhər Kliki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, xəsarət alanlar Zəfər Xəlilov və Xalid Cəbrayılovdur. Yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən piyadanın şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh