Masalıda dəhşətli qəza: 3 ölü, 3 yaralı

Gündəm 12 May 2014 15:20 Oxunub 1520
Masalıda dəhşətli qəza: 3 ölü, 3 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin başvermə səbəbləri, ölən və yaralıların şəxsiyyəti öyrənilir

Masallı rayonunda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib. APA-nın məlumatına görə, hadisə bu gün saat 13.30 radələrində Ələt-Astara magistralının rayonun Binə-Xocavar kəndindən keçən  hissəsində qeydə alınıb. “VAZ-21099”   və “Lexus” markalı minik avtomobillərinin toqquşması nəticəsində həmin avtomobillərdə olan sərnişinlərdən 3 nəfəri hadisə yerindəcə dünyasını dəyişib. Daha 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanıb. Hadisənin başvermə səbəbləri, ölən və yaralıların şəxsiyyəti öyrənilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh