Bakının bu küçəsi dörd gün bağlı olacaq - TƏMİR

Gündəm 12 May 2014 17:20 Oxunub 1751
Bakının bu küçəsi dörd gün bağlı olacaq - TƏMİR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həsən Əliyev küçəsində asfalt-beton örtüyü yenilənir

Mayın 14-dən etibarən paytaxtın Həsən Əliyev küçəsində (keçmiş İnqilab küçəsi) nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq. Bunu Avtosfer.az saytına Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. Onun sözlərinə görə, mayın 13-dən 14-nə keçən gecə saat 00:00-dan Həsən Əliyev küçəsinin Atatürk prospekti ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsi yolun asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılacaq. Yolun adıçəkilən hissəsinin 4 gün tam bağlı olması nəzərdə tutulur.

 

Nurlan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh