Yol polisi qayda pozan sürücülərə qarşı reydlərə başladı - FOTO

Avtoreyd 27 Avqust 2018 00:44 Oxunub 3491
Yol polisi qayda pozan sürücülərə qarşı reydlərə başladı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Son iki gün ərzində ölkə ərazisində baş verən qəzalarda ölənlərin sayı çox olub

Baş Dövlət Yol Polisinin (BDYP) Göyçay Rayon Yol Polisi bölməsi növbəti dəfə sərxoş, yükdaşıma və kobud qayda pozan sürücülərə qarşı reyd keçirib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi və etibarnaməsi olmayan, ötmə əməliyyatını düzgün yerinə yetirməyən, polisin saxla əmirinə tabe olmayan və digər qayda pozan sürücülər barələrində protokol yazılaraq inzibati məsuliyyətə cəlb ediliblər. Reydlə bağlı Göyçay Rayon Yol Polisi bölməsindən bildirilib ki, reydin əsas məqsədi həm də nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktik söhbətlər aparmaq olub. Buna səbəb son iki gün ərzində ölkə ərazisində baş verən qəzalarda ölənlərin sayının çox olmasıdır.

Reyd zamanı saxlanılan sürücülərdən bəziləri barəsində inzibati protokollar tərtib edilib, sürücülük vəsiqəsi olmadan idarə olunan avtomobillər duracağa yerləşdirilib. 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh