Avtosfer.az | Reklam
Bakıda yol polisi sürücülərə qarşı reyd keçirib - VİDEO
Avtoreyd 27 Avqust 2018 01:15 1988 dəfə oxunub
Bakıda yol polisi sürücülərə qarşı reyd keçirib - VİDEO
Kobud qayda pozan sürücülər barəsində protokollar tərtib olunub

Son günlər yollarda baş verən qəzalar nəticəsində 10 nəfər insan həyatını itirib. Qəzaların baş verməsinə əsas səbəb isə ehtiyatsızlıq və yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasıdır. Çox təəssüflər ki,baş verən son hadisələrdə sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsi ölü sayının da artmasına səbəb olub. Bakı şəhər dövlət yol polis idarəsinin əməkdaşları sürücüləri maarifləndirmək və xəbərdarlıq etmək məqsədi ilə bu gün paytaxt yollarında reyd keçiriblər. Giriş qadağandır işarəsinin olmasına baxmayaraq, sürücü birtərəfli hərəkətin təşkil edildiyi yola daxil olur. Başqa bir sürücü isə qoşa xəttin tələbini pozaraq geriyə dönmə edir. Görüntülər Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının paytaxtda keçirtdiyi reyddəndir.Yol polisi qəzaların baş verməməsi üçün nəzarət tədbirlərini gücləndirib.

Reyd zamanı yol hərəkətini pozan piyadalara da xəbərdalıq olunub.

Hər hansısa bədbəxt hadisənin baş verməməsi üçün yol polisi sürüclərə bir daha xəbərdarlıq edir.

Reyd zamanı kobud qayda pozan sürücülər barəsində protokollar tərtib olunub, bəzilərinə isə xəbərdarlıq edilib.

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh