Prezident: «2030-cu ilə qədər metro stansiyaların sayı 70-ə çatdırılacaq»

Gündəm 12 May 2014 17:38 Oxunub 1767
Prezident: «2030-cu ilə qədər metro stansiyaların sayı 70-ə çatdırılacaq»
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlham Əliyev: “Fransa şirkətləri Azərbaycanın nəqliyyat sektoruna böyük maraq göstərir”

Dövlətxərclərininböyükhissəsinəqliyyatsahəsinininkişafınayönəlir. Biz anlayırıq ki, müasir nəqliyyat olmadan ölkəni inkişaf etdirmək mümkün deyil. O cümlədən metronun inkişafı ilə bağlı bir neçə il əvvəl dövlət proqramı qəbul edilib”. Bunu Prezident İlham Əliyev Fransa-Azərbaycan biznes forumunda Azərbaycanın nəqliyyat sahəsi ilə bağlı planlarına dair suala cavab verərkən bildirib. Dövlət başçısı deyib ki, hazırda Bakıda 23 metro stansiyası var: "Son illər demək olar ki,  hər il 1 metro stansiyası istifadəyə verilir. Dövlət proqramına uyğun olaraq 2030-cu ilə qədər metro stansiyaların sayı 70-ə çatdırılacaq. Bu tədbirləri həyata keçirmək üçün bizim öz maliyyə imkanlarımız var. Bilirəm ki, Fransa şirkətləri tərəfindən bu sahəyə böyük maraq var və bizim aidiyyəti qurumlarla danışıqlar aparılır. Ümid edirəm ki, yaxşı nəticələr əldə olunacaq. Fransa şirkətləri həm metro sahəsində, həm də müasir metro vaqonlarının təchizatı işində bizə dəstək olacaqlar. Buna böyük ehtiyac var, çünki biz bu sahəni müasirləşdiririk. Bu sahədə böyük təcrübəyə malik olan strateji tərəfdaş olmalıdır". Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xətindən danışarkən bildirib ki, Türkiyəni Gürcüstanla, eyni zamanda Asiyanı Avropa ilə birləşdirən "dəmir" ipək yolu salınır: "Bu yolda qatarların sürəti yüksək olacaq, bizə yeni vaqonlar, lokomotivlər lazım olacaq. Bununla bağlı Fransa şirkətləri ilə danışıqlar aparılır, bildiyimə görə, müqavilə imzalanacaq. Əsas odur ki, hər iki tərəfin bu sahədə əməkdaşlığı dərinləşdirmək üçün gözəl niyyəti var".

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh