Protokola etiraz edən sürücü polisi bıçaqladı - FOTOLAR

Gündəm 12 May 2014 19:56 Oxunub 2570
Protokola etiraz edən sürücü polisi bıçaqladı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Çoxlu qan itirən yaralının üzərində üç saatdan artıq əməliyyat aparılıb

Masallıda yol polisi əməkdaşı bıçaqlanıb. Anspress xəbər verir ki, müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı, dərhal xəstəxanaya yerləşdirilib. Hazırda həkimlər onun vəziyyətinin orta ağır olduğu bildirirlər. Hadisə bügün saat 12.30 radələrində Masallı şəhər ərazisində baş verib. Rayon polis şöbəsinin yol patrul xidmətinin əməkdaşı Ariz İsmayılov xidmətdə olarkən bıçalanıb. Ruslan adlı şəxs tərəfindən iki bıçaq zərbəsi alan yaralı dərhal Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Çoxlu qan itirən yaralının üzərində üç saatdan artıq əməliyyat aparılıb. 

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Valideynləri onun heç kimlə şəxsi-qərəzliyi olmadığını və hadisənin də peşə fəaliyyəti dövründə baş verdiyini deyir. İşi araşdıran Masallı rayon prokurorluğu fakta görə hələlik heç kimin saxlanılmadığını bildiriblər. İlkin ifadələrdən sonra araşdırmalara başlanılacaq.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən şəxs sürücüdür. O, yol polisi əməkdaşı tərəfindən saxlanılıb cərimə edilməsinə etiraz etdiyi üçün aralarında mübahisə yaranıb. Bu zaman sürücü bıçağa əl atıb. Yol polisini bıçaqlayan sürücü hadisə yerindən qaçıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh