Parklanma qaydalarını pozan sürücülərə maarifləndirmə REYDİ - VIDEO

Avtoreyd 15 Sentyabr 2018 09:19 Oxunub 2061
Parklanma qaydalarını pozan sürücülərə maarifləndirmə REYDİ - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: "Ciddi tədbirlər görüləcək"

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bu gün də Bakının müxtəlif küçə və prospektlərində dayanma-durma və parklanma qaydalarını pozan sürücüləri maarifləndirmək məqsədilə reydlər təşkil edib. 

Bir neçə metrostansiyası yaxınlığında keçirilən reydlərdə avtobus dayanacaqlarının zəbt edildiyi aşkarlanıb. Bunun fərdi nəqliyyat vasitələri idarə edən sürücülərlə yanaşı taksi sürücüləri də edir. Polis əməkdaşları onlara xəbərdarlıq edərək dayanacaqları təmizləsələr də bir neçə dəqiqə sonra yenə əvvəlki vəziyyət müşahidə olunub. Reydlər zamanı məlum olub ki, əksər dayanacaqların və keçidlərin ətrafına YPX əməkdaşları təhkim olunub. Lakin ərazi böyük olduğundan bir əməkdaş buna tam nəzarət edə bilmir. Yolun bir tərəfini qaydaya salan əməkdaş digər tərəfə keçdikdə yenə əvvəlki durum yaranır. 

Bəzən isə avtobuslar ikinci və üçüncü cərgədə dayanaraq yolu bağlayır. "YPX əməkdaşları onlara xəbərdarlıq edir, bunun qayda pozuntusu olduğunu deyir. Lakin sürücülər də haqlı olaraq dayanacağın təmizlənməsini bildirirlər. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, avtobus sürücüləri dayanacaqların zəbt edilməsini əsas gətirərək yolun ikinci cərgəsində dayanır. Amma bəzi sürücülər isə daha irəli gedərək üçüncü cərgədə dayanaraq yolu tam bağlayırlar. Bu isə yolverilməzdir.

YPX əməkdaşları avtobus dayanacaqlarına mütamadi olaraq nəzarət edir, ordakı qanunsuz parklanma edən sürücülərə xəbərdarlıq edir, lakin belə görünür ki, onlar barəsində inzibati qaydada protokol tərtib edilmədikcə onlar bundan sui-istifadə edirlər. DYP sürücüləri nizam intizamlı olmağa, yol hərəkəti qaydalarına riayət etməyə, öz mənafelərini naminə başqalarının ziyan çəkməsinə şərait yaratmamamağa çağırıb. Əks halda onlar barəsində tədbirlər görüləcək."

 

Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh