Sərnişinlər qadını təhqir edən avtobus sürücüsünü döydülər - BAKIDA

Xəbərlər 13 May 2014 14:19 Oxunub 2708
Sərnişinlər qadını təhqir edən avtobus sürücüsünü döydülər - BAKIDA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnsident 33 saylı avtobusun sürücüsü ilə sərnişinlər arasında baş verib

Bakıda qadını təhqir edən avtobus sürücüsü sərnişinlər tərəfindən döyülüb. Avtosfer.az-ın 1news.az-a istinadən verdiyi məlumata görə, insident 33 saylı avtobusun sürücüsü ilə sərnişinlər arasında baş verib. Bildirilir ki, sürücü avtobusu həddindən artıq bərk sürüb, qəfil əyləci basıb, yolda manevrlər edib. Sərnişinlərdən biri sürücüyə avtobusu asta sürməyə, qaydaları pozmamağa çağırıb. Sürücü isə qadına “ürəyim necə istəyir, elə sürürəm” deyincə, avtobusdakı digər sərnişinlərin də səbri daşıb və dava başlayıb. Mübahisə polis əməkdaşının müdaxiləsi ilə bitib. Qəzəbi soyumamış sərnişinlər sürücünün kobudluq etdiyi qadından üzr istəməyini tələb ediblər.

 

Qeyd edək ki, sərnişinlərlə avtobus sürücüsü arasında baş verən ilk insident deyil. Daha əvvəl də avtobuslarda bu cür hadisə olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh