Yollarımız qana boyanır; dəhşətli statistika

Qəzalar 13 May 2014 16:46 Oxunub 1837
Yollarımız qana boyanır; dəhşətli statistika
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mayın 11-12-də baş vermiş yol qəzalarında 12 nəfər ölüb, 23 nəfər yaralanıb

Son iki gün ərzində Azərbaycanda baş vermiş yol qəzalarının sayında artım müşahidə olunur. Avtosfer.az saytının məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytında yayılan məlumatlarda mayın 11-də və 12-də respublikanın avtomobil yollarında 17 yol-nəqliyyat hadisəsi baş verdiyi bildirilir. Həmin hadisələr nəticəsində 12 nəfər ölüb, 23 nəfər isə yaralanıb. Bu isə olduqca yüksək rəqəmdir. Son iki gündə baş vermiş qəzalardan ən dəhşətlisi Masallı rayonunda qeydə alınıb. Mayın 12-də saat 13 radələrində Masallı rayonu Şərəfə kəndinin ərazisində Yardımlı rayon sakini İsmayıl Sadıyevin idarə etdiyi “Nissan” və Cəlilabad rayon sakini Mahir Teymurovun idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub. Nəticədə M.Teymurov və sərnişini, qardaşı Mutalib, habelə İ.Sadıyevin sərnişinlərindən arvadı Gövhər, oğlu Mövlud hadisə yerində ölüb, özü və digər sərnişini, oğlu Maqsud xəstəxanaya yerləşdiriliblər. 

Mayın 12-də saat 01 radələrində Xətai rayonu M.Rüstəmov küçəsində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Ziya Hüseynov vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib. Həmin gecə saat 04 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Zaur Nəzərov idarə etdiyi “Mercedes” markalı avtomobili X.Məmmədov küçəsində qazılmış xəndəyə aşırıb. Sürücü hadisə yerində ölüb, sərnişinləri, həmyerliləri Vüqar Məhərrəmova və Elman Musayevə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Mayın 12-də Yevlax rayonu Boşcalı kəndinin ərazisində Mingəçevir şəhər sakini Hüseyn Qasımov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. H.Qasımovun sərnişinləri, anası Nübar, bacıları  Mahirə, Güllü və həmyerlisi Elçin Quliyev xəstəxanaya yerləşdiriliblər. 

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 11-də Hüseyn Məmmədovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “VAZ-21723” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Rəşad Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh