İcra Hakimiyyətindən piyadanin öldüyü qəza ilə bağlı açıqlama

Gündəm 13 May 2014 17:38 Oxunub 1589
İcra Hakimiyyətindən piyadanin öldüyü qəza ilə bağlı açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Qəza hadisəsini törədən şəxs saxlanılıb və hazırda istintaq aparılır»

Səbail rayon İcra Hakimiyyəti iki gün əvvəl rayon ərazisində baş vermiş yol qəzası ilə bağlı açıqlama yayıb. Avtosfer.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, bu gün elektron informasiya vasitələrində Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev tərəfindən ölümlə nəticələnən qəza törədilməsi barədə məlumat yayılıb: «Bildiririk ki, bu məlumatlar yalandırhəqiqətə uyğun deyildir. Qəza hadisəsini törədən şəxs saxlanılıb və hazırda istintaq aparılır».

 

Qeyd edək ki, «Hundai» markalı avtomobil 3 piyadanı vurub. Onlardan biri ölüb. Hadisəni törədən avtomobil Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyevin 10 AS 509 dövlət nömrə nişanlı xidməti avtomobili olub. Məlumata görə, qəza baş verərkən sükan arxasında başçının müavini özü olub. İcra hakimiyəti isə bildirir ki, sükan arxasında sürücü olub və o, artıq həbs olunub. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh