Avtosfer.az | Reklam
Bakıda qatar avtobusla toqquşdu – 1 ölü, 34 yaralı - FOTO + VİDEO (YENİLƏNİB 3)
Gündəm 1 Oktyabr 2018 16:26 4540 dəfə oxunub
Bakıda qatar avtobusla toqquşdu – 1 ölü, 34 yaralı - FOTO + VİDEO (YENİLƏNİB 3)
160 nömrəli avtobus dəmiryolu xəttini keçərkən yaxınlaşan qatarı gözləməyib

Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 34-ə çatıb. Avtosfer.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova “Report”a bildirib ki, yaralılardan 2-si Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 3-ü 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) yerləşdirilib. O qeyd edib ki, yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.

***15:50

Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 26 nəfərə çatıb. Avtosfer.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova “Report”a bildirib ki, yaralılardan 22 nəfəri hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) yerləşdirilib. O qeyd edib ki, hadisə zamanı yaralanan 13 yaşlı məktəbli xəstəxanaya çatdırılarkən dünyasını dəyişib.

***14:52

Xəzər rayonu, Binə qəsəbəsi ərazisində qatarla avtobus toqquşub. Hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə, 160 nömrəli marşrut avtobusu dəmiryolu xəttini keçərkən şlaqbauma əhəmiyyət verməyib və yaxınlaşan qatarı gözləməyib. Nəticədə toqquşma baş verib. Qatar avtobusu vuraraq müşahidə məntəqəsinə çırpıb. Avtobusun bir hissə tam yararsız hala düşüb, müşahidə məntəqəsi uçub. Ölən və yaralananların olduğu bildirilir. Hadisə yerinə xeyli saytda polis və təcili yardım maşınları cəlb olunub. Avtobusun içərisindəkilərin əksəriyyəti məktəblilərdir. Hadisə nəticəsində yaralananlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılır.

***14:45

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, 10 təcili tibbi yardım briqadası cəlb edilib. 8 yaralı Sabunçuda yerləşən 3 saylı şəhər xəstəxanasına aparılır. Avtosfer.az-a şahidlərin verdiyi xəbərə görə, ölənlərin sayı çoxdur. Onlardan ikisi məktəbdən qayıdan azyaşlıdır. 

Orxan

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh