Qəzaya düşən nazir müavini bu gün işə çıxıb

Gündəm 13 May 2014 18:44 Oxunub 1546
Qəzaya düşən nazir müavini bu gün işə çıxıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yüngül xəsarət alan nazir müavininin səhhətində problem olmadığı bildirilir

Bir neçə gün öncə qəzaya düşən ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Firdovsi Əliyev bu gündən işə çıxıb. Bu barədə APA TV -yə Ekologiya Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Qəzada yüngül xəsarət alan nazir müavininin səhhətində problem olmadığı bildirilib.

Qeyd edək ki, mayın 10-na keçən gecə Heydər Əliyev prospektində yüksək sürətlə hərəkət edən "VAZ 2107" markalı avtomobil yolun əks hərəkət zolağına çıxıraq qarşıdan gələn "Lexus"a çırpılıb.  Nəticədə  "Lexus"un sürücüsü, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Firdovsi Əliyev  və onun həyat yoldaşı Arifə Əliyeva yüngül xəsarət alıblar. “VAZ 2107"də olan 2 gənc ölüb, sürücü Tural Rəhimov isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh