İcra hakimiyyətinin sürücüsü həbs olundu

Gündəm 13 May 2014 19:04 Oxunub 1897
İcra hakimiyyətinin sürücüsü həbs olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prokuroruq və Baş Polis İdarəsi birgə məlumat yaydı

Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi Səbail rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Avtosfer..az-a daxil olan məlumatda bildirilir ki, mayın 11-də saat 23:30 radələrində Səbail rayon İcra Hakimiyyətində sürücü vəzifəsində işləyən, Bakı şəhər sakini Sabir Hacıkərimov idarə etdiyi «Hyundai Grandeur» markalı 10-AS-509 dövlət nömrə nişanlı avtomobillə Səbail rayonu ərazisində hərəkətdə olarkən piyadalar - Xalid Cəbrayılov, Zəfər Xəlilov və Misir Şirinovu vurub. Nəticədə sonuncu aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb, X.Cəbrayılov və Z.Xəlilov isə bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə  yerləşdirilib. Fakta görə Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. S.Hacıkərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq davam etdirilir.

Nurlan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh