Lənkəranda ağır qəza: 18 yaşlı qız maşının altında qaldı - VİDEO

Avtoreyd 31 Yanvar 2015 23:43 Oxunub 2292
Lənkəranda ağır qəza: 18 yaşlı qız maşının altında qaldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəbnəm Kərgəlanda yaşayan əmisinin evinə qonaq gəlibmiş

Lənkəranda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Hadisə yanvarın 31-də Lənkəran-Lerik şose yolunun rayonun Kərgəlan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İpək yolunun tikintisində çalışan ağırtonnajlı yük maşını hərəkətdə olarkən yolu keçmək istəyən Lerik rayon sakini, 18 yaşlı Şəbnəm Əlövsət qızı Əlinuru vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona təcili olaraq qan köçürülüb. Zərərçəkmişin səhhətində heç bir irəliləyiş müşahidə olunmadığından o, Bakıya göndərilib. Şahidlərin sözlərinə görə, Şəbnəm Kərgəlanda yaşayan əmisinin evinə qonaq gəlibmiş. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

APA TV

ŞƏRH YAZ
Ad

E-mail

Şərh