ŞOK fakt: icra başçısının müavini avtomobilə saxta nömrə vurubmuş

Avtoxəbər 14 May 2014 00:48 Oxunub 2284
ŞOK fakt: icra başçısının müavini avtomobilə saxta nömrə vurubmuş
WhatsApp kanalımıza abunə ola bilərsiniz
10 AS 509 nömrə nişanı «QAZ-3110»a məxsus olduğu halda Yavər Allahverdiyev nömrədən «Hunadi»da isrifadə edirmiş

İki gün əvvəl Səbail rayonu, Salyan şosesində bir nəfərin ölümü, iki nəfərin xəsarət almasına səbəb olan «Hyundai» markalı avtomobilin üzərindəki 10 AS 509 dövlət nömrə nişanı əslində Səbail Rayon İcra Hakimiyyətinə məxsis “QAZ 3110” avtomobilinə aiddir. Avtosfer.az saytının apardığı araşdırmalar nəticəsində məlum olub ki, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətində (MMX) 10 AS 509 dövlət nömrə nişanı ilə bağlı axtarış aparıldıqda «QAZ-3110» markalı nəqliyyat vasitəsi üzə çıxır. Yəni, həmin nömrə rəsmi olaraq «QAZ-31»ə aiddir. Lakin icra hakimiyyətində qanunsuz olaraq həmin nömrəni «Hyundai» markalı avtomobilə bağlayıblar. Bu o deməkdir ki, Səbail rayon icra hakimiyyəti başçısının müavini Yavər Allahverdiyevin xidməti maşını kimi təqdim edilən və yüksək sürətlə hərəkətdə olarkən 3 piyadanı vuran Hyundai” markalı avtomobilin üzərindəki nömrə saxtadır.

Məlumat üçün bildirək ki, həmin hadisə ilə bağlı Yavər Allahverdiyevin sürücüsü Sabir Hacıkərimov saxdanılıb. Hadisə şahidləri qəza baş verərkən sükan arxasında Yavər Allahverdiyevin özünün olduğunu bildirsələr də, nədənsə, məsuliyyətə cəlb olunan sürücü olub. Nömrənin dəyişdirilməsi məsələsinə gəlincə, əlbəttə, süuuml;rücü bu işi görə bilməzdi. Yəni, sürücünün özbaşına olaraq nömrəni bir maşından açıb başqasına bağlaması o qədər də inandırıcı deyil.

Qəza ilə bağlı Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi tərəfindən rəsmi məlumat yayılıb. Məlumatda bildirilir ki, Səbail rayon İcra Hakimiyyətində sürücü vəzifəsində işləyən, Bakı şəhər sakini Sabir Hacıkərimov idarə etdiyi «Hyundai Grandeur» markalı, 10 AS 509 dövlət nömrə nişanlı avtomobillə Səbail rayonu ərazisində hərəkətdə olarkən piyadalar - Xalid Cəbrayılov, Zəfər Xəlilov və Misir Şirinovu vurub. Nəticədə M.Şirinov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb, X.Cəbrayılov və Z.Xəlilov isə bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdiriliblər. Fakta görə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. S.Hacıkərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh