Bərdədə ağır yol qəzası baş verib: 3 yaralı

Qəzalar 14 May 2014 01:01 Oxunub 1568
Bərdədə ağır yol qəzası baş verib: 3 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yük maşını eyni istiqamətdə hərəkət edən «VAZ-2107» markalı minik avtomobilinə çırpılıb

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə Bərdə-Yevlax magistral avtomobil yolunda olub. Bərdədən Yevlağa doğru hərəkət edən yük maşını eyni istiqamətdə hərəkət edən «VAZ-2107» markalı minik avtomobilinə çırpılıb. Qəza zamanı yolun əks istiqamətində hərəkətdə olan VAZ 2106 markalı avtomobilə də ziyan dəyib. VAZ 2107 markalı avtomobilin sürücüsü və iki nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh