Qarlı havada lüt kovboy - VİDEO - FOTO

Maraqlı 3 Fevral 2015 11:50 Oxunub 1693
Qarlı havada lüt kovboy - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis leytenantı Kazimira Miarka: "Əyninə paltar geyindirdik, təcili yardım maşını gəldi və adamı hospitala apardı"

ABŞ-ın Miçiqan ştatındakı Oborn Şills şəhərində qəribə hadisə yaşanıb. Yol polisi qarlı-şaxtalı gündə, sazaqlı havada şossenin ortası ilə yeriyən şəxsi saxlayıb.

Yolla getmək qayda pozuntusudur, amma o şəxsin tutulmasının səbəbi bu deyil. İş ondadır ki, başında kovboy papağı olsa da, əynində paltar yoxdu.

Avtosfer.az xəbər verir ki, bunu milli.az abc-yə istinadən bildirir ki, polis leytenantı Kazimira Miarkanın dediyinə görə, qarlı-şaxtalı havada şosse ilə lüt yeriyən 53 yaşlı kişi saxlanandan sonra yaxınlıqdakı yanğınsöndürmə stansiyasına aparılıb. "Bu adamı təcili yardım gələnədək geyindirmək üçün stansiyaya apardıq. Stansiya lap yaxınlıqda idi, ona görə. Əyninə paltar geyindirdik, təcili yardım maşını gəldi və adamı hospitala apardı", - K.Miarka söyləyib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh